Seninem.Az > DİN / Manşet Yuxarı / Manşet Sağ > Paytaxtın hansı küçələrində sıxlıq var? - SİYAHI
Paytaxtın hansı küçələrində sıxlıq var? - SİYAHITarix: 6-09-2023, 08:48. Müəllif: admin2 |
|
Daxili İşlər Nazirliyinin (DİN) Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi (NİİM) paytaxt yollarındakı son vəziyyətlə bağlı məlumat yayıb. Mərkəzdən bildirilib ki, hazırda paytaxtın aşağıdakı yollarında: 1. Ziya Bünyadov prospekti, Müzəffər Nərimanov küçəsi ilə kəsişmədən metronun “20 Yanvar” stansiyası istiqamətində; 2. Heydər Əliyev prospekti əsas yol, mərkəz istiqamətində; 3. Tbilisi prospekti, metronun “20 Yanvar” stansiyasından mərkəz istiqamətində; 4. Üzeyir Hacıbəyli küçəsi, Cavanşir körpüsündən Azadlıq prospekti ilə kəsişməyə qədər; 5. Bakı-Sumqayıt şosesi, metronun “20 Yanvar” stansiyası istiqamətində sıxlıq müşahidə olunur. Geri Qayıt |