Seninem.Az > DİN / Manşet Yuxarı / Manşet Sağ > Füzulidə keçmiş məhkumdan “Kalaşnikov” avtomatı aşkarlanıb - FOTO

Füzulidə keçmiş məhkumdan “Kalaşnikov” avtomatı aşkarlanıb - FOTO


Tarix: 5-09-2023, 10:53. Müəllif: admin2
Füzulidə keçmiş məhkumdan “Kalaşnikov” avtomatı aşkar olunaraq götürülüb.

Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin Bərdə regional qrupundan verilən məlumata görə, Füzuli Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində Salyan rayon sakini, əvvəllər məhkum olunmuş Natiq Zülfüqarov Horadiz şəhəri ərazisində saxlanılıb.

Onun əlindəki çantaya keçirilən baxış zamanı bir ədəd “AK-74” markalı avtomat, 30 ədəd patron və iki ədəd silindr formalı partlayıcı fişəng aşkar edilərək götürülüb.

Həmin şəxs dindirilmə zamanı silah-sursatı bir müddət əvvəl tapdığını və rayon ərazisində basdıraraq gizlətdiyini bildirib. O, daha sonra silah-sursatı gizlətdiyi yerdən götürərək yaşadığı Salyan rayonuna aparmaq istəyərkən polis əməkdaşları tərəfindən saxlanılıb.
Faktla bağlı Füzuli RPŞ-də cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir.скачать dle 10.6фильмы бесплатно
Geri Qayıt