Seninem.Az > DİN / Manşet Yuxarı / Manşet Sağ > İranla sərhəddə əməliyyat: Saxlanılanlar var
İranla sərhəddə əməliyyat: Saxlanılanlar varTarix: 21-06-2023, 13:41. Müəllif: admin2 |
İyunun 21-də saat 01:30-da Dövlət Sərhəd Xidməti (DSX) və Daxili İşlər Nazirliyi (DİN) əməkdaşlarının keçirdiyi birgə əməliyyat-axtarış tədbirləri nəticəsində Sərhəd Qoşunlarının “Horadiz” sərhəd dəstəsinin xidməti ərazisində 1986-cı il təvəllüdlü Lənkəran rayon sakini Eyvazov Elgün Namiq oğlu İrandan Azərbaycan istiqamətində dövlət sərhədini pozarkən saxlanılıb. Bu barədə DSX-nin Mətbuat Mərkəzindən məlumat verilib. Bildirilib ki, qeyd olunan tarixdə saat 07:00-da Xidmətin Sərhəd Qoşunlarının “Göytəpə” sərhəd dəstəsinin xidməti ərazisində 1995-ci il təvəllüdlü Əfqanıstan vətəndaşı Amiri Məcid İrandan Azərbaycan istiqamətində dövlət sərhədini pozarkən saxlanılıb. Qeyd olunan faktlar üzrə əməliyyat-istintaq tədbirləri davam etdirilir. Geri Qayıt |