Seninem.Az > DİN / Manşet Yuxarı / Manşet Sağ > Paytaxtın hansı küçələrində sıxlıq var? - SİYAHI
Paytaxtın hansı küçələrində sıxlıq var? - SİYAHITarix: 19-04-2023, 09:10. Müəllif: admin2 |
![]() Daxili İşlər Nazirliyinin (DİN) Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi (NİİM) paytaxt yollarındakı son vəziyyətlə bağlı məlumat yayıb. Mərkəzdən bildirilib ki, hazırda paytaxtın aşağıdakı yollarında: 1. Ziya Bünyadov prospekti, Müzəffər Nərimanov küçəsi ilə kəsişmədən “20 Yanvar” metro stansiyası istiqamətində; 2. Tbilisi prospekti, “20 Yanvar” metro stansiyasından mərkəz istiqamətində; 3. Bakı-Sumqayıt şosesi, “20 Yanvar” metro stansiyası istiqamətində; 4. Heydər Əliyev prospekti əsas və kənar yol, mərkəz istiqamətində; 5. Heydər Əliyev prospekti kənar yol, “Koroğlu” metro stansiyası istiqamətində; 6. Alı Mustafayev küçəsi, Ziya Bünyadov prospekti istiqamətində; 7. Babək prospekti, mərkəz istiqamətində; 8. Üzeyir Hacıbəyli küçəsi, Cavanşir körpüsündən Azadlıq prospekti ilə kəsişməyə qədər; 9. 28 May küçəsi, Puşkin küçəsi ilə kəsişmədən Rəşid Behbudov küçəsi ilə kəsişməyə qədər sıxlıq müşahidə olunur. Geri Qayıt |