Seninem.Az > DİN / Manşet Yuxarı / Manşet Sağ > Sürücülərin diqqətinə: Azneft dairəsi bağlanır
Sürücülərin diqqətinə: Azneft dairəsi bağlanırTarix: 7-04-2023, 11:56. Müəllif: admin2 |
Bakının mərkəzi prospektində asfalt örtüyü dəyişdirilir, bununla əlaqədar yol polisi sürücülərə müraciət edib. Bu barədə Bakı Şəhər Dövlət Yol Polisi (DYP) İdarəsinin baş inspektoru polis mayoru Araz Əsgərli açıqlama verib. O bildirib ki, paytaxtın Azneft dairəsində asfalt örtüyünün dəyişdirilməsi məqsədilə təmir-bərpa işləri aparılır: “Belə ki, bu gün saat 16:00-dan etibarən sabah günün sonunadək ərazi bağlanacaq. Bunu nəzərə alaraq sürücülərdən həmin ərazilərdə şəxsi avtomobillərdən mümkün qədər az istifadə etməyi xahiş edirik”. Geri Qayıt |