Seninem.Az > DİN / Manşet Yuxarı / Manşet Sağ > Bakının bir sıra yollarında tıxac var - SİYAHI
Bakının bir sıra yollarında tıxac var - SİYAHITarix: 2-03-2023, 11:05. Müəllif: admin2 |
Bakının bir sıra yollarında nəqliyyatın hərəkətində sıxlıq yaranıb. Bu barədə KONKRET.az-a Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən bildirilib. Hal-hazırda yollardakı vəziyyət: 1. Heydər Əliyev prospekti, kənar yol, mərkəz istiqamətində; 2. Bakı-Sumqayıt şosesi, “20 Yanvar” metro stansiyası istiqamətində; 3. Ziya Bünyadov prospekti, Müzəffər Nərimanov küçəsi ilə kəsişmədən “20 Yanvar” metro stansiyası istiqamətində; 4. “20 Yanvar” dairəsində; 5. Tbilisi prospekti, “20 Yanvar” metro stansiyasından mərkəz istiqamətində; 6. Babək prospekti, mərkəz istiqamətində; 7. Bakıxanov küçəsi, İnşaatçılar prospekti ilə kəsişmədən “Dədə Qorqud” parkı istiqamətində; 8. 28 May küçəsi, Puşkin küçəsi ilə kəsişmədən Rəşid Behbudov küçəsi ilə kəsişməyə qədər; 9. 8 Noyabr prospekti, “Nargilə”dairəsi kəsişmədən mərkəz istiqamətində; 10. Binəqədi şosesi, “Azadlıq Prospekti” metro stansiyası istiqamətində; 11. Qara Qarayev prospekti, “Qara Qarayev” metro stansiyasından “Koroğlu” metro stansiyası istiqamətində; 12. Alı Mustafayev küçəsi, Ziya Bünyadov prospekti istiqamətində; 13. Mikayıl Useynov prospekti, Bayraq Meydanının qarşısından Azneft dairəsi istiqamətində sıxlıq müşahidə olunur. Geri Qayıt |