Seninem.Az > DİN / Manşet Yuxarı / Manşet Sağ > Hazırda Bakının bu yollarında tıxac var - SİYAHI
Hazırda Bakının bu yollarında tıxac var - SİYAHITarix: 27-01-2023, 09:17. Müəllif: admin2 |
Bakının bir sıra yollarında nəqliyyatın hərəkətində tıxac yaranıb. Bu barədə Manset.az-a Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən bildirilib. Hazırda yollardakı vəziyyət belədir: 1. Ziya Bünyadov prospekti, Müzəffər Nərimanov küçəsi ilə kəsişmədən "20 Yanvar" metro stansiyası istiqamətində; 2. Qara Qarayev prospekti, “Qara Qarayev” metro stansiyasından “Koroğlu” metro stansiyası istiqamətində; 3. Bakı-Sumqayıt şosesi, "20 Yanvar" metro stansiyası istiqamətində; 4. Mikayıl Əliyev küçəsi, Neft Emalı Zavodunun yanından “Koroğlu” metro stansiyası istiqamətində (dairəyə qədər); 5. Koroğlu Rəhimov küçəsi, Gülarə Qədirbəyova küçəsindən Ak. Həsən Əliyev küçəsi istiqamətində sıxlıq müşahidə olunur. Geri Qayıt |