Seninem.Az > DİN / Manşet Yuxarı / Manşet Sağ > Bakı yollarında 17 istiqamətdə SIXLIQ VAR
Bakı yollarında 17 istiqamətdə SIXLIQ VARTarix: 19-09-2022, 09:37. Müəllif: admin2 |
![]() Daxili İşlər Nazirliyinin (DİN) Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi (NİİM) paytaxt yollarındakı son vəziyyətlə bağlı məlumat yayıb. Mərkəzdən Manset.az-a bildirilib ki, hazırda paytaxtın aşağıdakı yollarında nəqliyyatın hərəkətində sıxlıq müşahidə edilir: Hal-hazırda yollardakı vəziyyət: 1. Heydər Əliyev prospekti kənar yol, mərkəz istiqamətində; 2. Heydər Əliyev prospekti əsas yol, mərkəz istiqamətində; 3. Ziya Bünyadov prospekti, Müzəffər Nərimanov küçəsi ilə kəsişmədən “20 Yanvar” metro stansiyası istiqamətində; 4. Bakı-Sumqayıt şosesi, “20 Yanvar” metro stansiyası istiqamətində; 5. Binəqədi şosesi, “Azadlıq prospekti” metro stansiyası istiqamətində; 6. Tbilisi prospekti, “20 Yanvar” metro stansiyasından mərkəz istiqamətində; 7. Koroğlu Rəhimov küçəsi, Gülarə Qədirbəyova küçəsindən Ak. Həsən Əliyev küçəsi istiqamətində; 8. Mikayıl Əliyev küçəsi, Neft Emalı Zavodunun yanından “Koroğlu” metro stansiyası istiqamətində (dairəyə qədər); 9. Mikayıl Useynov prospekti, Bayraq Meydanının qarşısından Azneft dairəsi istiqamətində; 10. 28 May küçəsi, Puşkin küçəsi ilə kəsişmədən Rəşid Behbudov küçəsi ilə kəsişməyə qədər; 11. Üzeyir Hacıbəyli küçəsi, Cavanşir körpüsündən Azadlıq prospekti ilə kəsişməyə qədər; 12. Babək prospekti, mərkəz istiqamətində; 13. Qara Qarayev prospekti, “Qara Qarayev” metro stansiyasından “Koroğlu” metro stansiyası istiqamətində; 14. Afiyəddin Cəlilov küçəsi, Yusif Səfərov küçəsi istiqamətində; 15. Mikayl Müşfiq küçəsi, Badamdar dairəsindən 20 saylı məktəb istiqamətində; 16. “20 Yanvar” dairəsində; 17. Sabunçu-Zabrat şosesi, “Koroğlu” metro stansiyası istiqamətində sıxlıq müşahidə olunur. Geri Qayıt |