Ayağının üzündəki yaraya yod sürtmüş şəxs dəstəmazı necə almalıdır?

Oxucu sual verir: Ayağının üzündəki yaraya yod sürtmüş şəxs dəstəmazı necə almalıdır?

Dəstəmaz zamanı istər yuyulan, istərsə də məsh çəkilən üzvlərlə suyun arasında maneə qalmamalıdır. Əgər arada hər hansı maneə varsa, mütləq aradan qaldırılmalı, ondan sonra həmin üzv yuyulmalı və ya məsh çəkilməlidir. Ayağın üzündə dərinin islanmasına mane olan qatı kir, boya, yapışqan, dərman və sairə bu kimi maneələr silinib aradan qaldırılmalıdır, çünki bunlar suyun dəriyə dəyməsinə imkan vermir. Amma elə ləkələr var ki, onlar gözlə görünsə də, dəri ilə su arasında maneə yaratmır. Çünki bu ləkələr dəriyə tam hopur və onun üzərində hissediləcək qat yaratmır. Məsələn, xna (həna), yod ləkələri bura aiddir. Əlbəttə, bunun üçün xna özü quruyub dərinin üzərindən tökülməli, yod isə özü quruyub ləkəsi qalmalıdır. Bu kimi hallarda dərinin üzərinə məsh çəkməyin və ya onu yumağın maneçiliyi yoxdur. (islam.az)скачать dle 10.6фильмы бесплатно
19-02-2018, 03:02
Baxıs: 26 751
Reyting: