Rusiyanın Ukraynada itirdiyi hərbçilərin və texnikaların sayı açıqlandı

Ukrayna müdafiə naziri müavini Anna Malyar Rusiya Silahlı Qüvvələrinin texnika itkilərini açıqlayıb.

“Leqal.info” xəbər verir ki, bu barədə Anna Malyar feysbukda yazıb.

O bildirib ki, fevralın 26-sı yerli vaxtla saat 06:00-a olan vəziyyətə görə, Rusiyanın 14 təyyarəsi, 8 helikopteri, 102 tankı, 536 zirehli döyüş transportyoru, 15 top, “Buk” ZRK, 17 avtomobil texnikası məhv edilib.

09:27
“Səhərə olan vəziyyətə görə, 3 500-dən çox rusiyalı hərbçi ölüb və demək olar, 200 nəfər əsir düşüb”.

“Leqal.info” UNIAN-ın teleqram hesabına istinadən xəbər verir ki, bunu Ukrayna Prezident Ofisi rəhbərinin müşaviri Mixail Podolyak açıqlayıb.скачать dle 10.6фильмы бесплатно
26-02-2022, 10:33
Baxıs: 29 705
Reyting: