Elnur Əliyev iqtisadiyyat nazirinin birinci müavini təyin edilib

Elnur Aydın oğlu Əliyev iqtisadiyyat nazirinin müavini vəzifəsindən azad edilib.

Leqal.info xəbər verir ki, bu barədə Prezident İlham Əliyev sərəncam imzalayıb.

Prezidentin digər sərəncamı ilə E.Əliyev iqtisadiyyat nazirinin birinci müavini təyin edilib.

Qeyd edək ki, Elnur Əliyev 1983-cü il iyunun 4-də Gəncə şəhərində anadan olub.

1998-ci ildə Bakı Dövlət Universitetinin Hüquq fakültəsinə daxil olub, 2002-ci ildə həmin fakültəni bakalavr, 2006-cı ildə magistr dərəcələri üzrə fərqlənmə ilə bitirib, “2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı” çərçivəsində 2008-2009-cu illərdə Böyük Britaniyanın London Kral Kollecində beynəlxalq biznes hüququ üzrə magistr təhsili alıb.

2002-2003-cü illərdə həqiqi hərbi xidmətdə olub.

Əmək fəaliyyətinə İqtisadi İnkişaf Nazirliyində başlayıb, 2005-2009-cu illərdə nazirlikdə məsləhətçi, aparıcı məsləhətçi, sektor müdiri vəzifələrində çalışıb.

2010-2013-cü illərdə Nazirlər Kabineti yanında "İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi rəisinin köməkçisi vəzifəsində işləyib.

2013-2017-ci illərdə Təhsil Nazirliyində nazir köməkçisi, şöbə müdiri, aparat rəhbəri vəzifələrində çalışıb.

2017-ci ilin dekabrından 2020-ci ilin mayınadək vergilər nazirinin müşaviri olub.

Azərbaycan Prezidentinin 13 may 2020-ci il tarixli Sərəncamı ilə iqtisadiyyat nazirinin müavini vəzifəsinə təyin edilib.

Bakı Dövlət Universitetində pedaqoji fəaliyyətlə məşğuldur.

Evlidir, 2 övladı var.скачать dle 10.6фильмы бесплатно
10-02-2022, 17:30
Baxıs: 35 262
Reyting: