allcontent xfsearchvalue falsecomments . dleusertplnotHTML info Hava pisləşəcək - XƏBƏRDARLIQ » www.ARAZXEBER.az Araz Xəbər Agentliyi

Hava pisləşəcək - XƏBƏRDARLIQ

Hava pisləşəcək - XƏBƏRDARLIQ

Sabah Bakıda və Abşeron yarımadasında yağış yağacağı gözlənilir.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətinin verdiyi məlumata görə Bakıda mayın 1-i gündüz, Abşeron yarımadasında isə mayın 2-i arabir yağış yağacağı, yarımadanın bəzi yerlərində intensivləşəcəyi gözlənilir.

Azərbaycanın rayonlarında mayın 3-ü gündüzədək qeyri-sabit hava şəraitinin davam edəcəyi, bəzi yerlərdə şimşək çaxacağı, arabir yağış yağacağı, ayrı-ayrı yerlərdə intensiv olacağı, şimal və qərb rayonlarında dolu düşəcəyi gözlənilir. Qərb küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir 15-20 m/s-dək güclənəcək.

Çaylarda sululuğun artacağı ehtimal olunur.
15:14
Baxıs: 32240
Reyting: