allcontent xfsearchvalue falsecomments . dleusertplnotHTML info Karantin rejimində dəyişiklik: İctimai nəqliyyat bir həftə işləməyəcək » www.ARAZXEBER.az Araz Xəbər Agentliyi

Karantin rejimində dəyişiklik: İctimai nəqliyyat bir həftə işləməyəcək

Karantin rejimində dəyişiklik: İctimai nəqliyyat bir həftə işləməyəcək

“Xüsusi karantin rejimi ilə bağlı əlavə tədbirlər barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 12 sentyabr tarixli Qərarında dəyişiklik edilib.

Bu barədə Nazirlər Kabinetinin mətbuat xidmətindən məlumat verilib.

Dəyişikliyə əsasən, 9 may saat 00:00-dan 16 may saat 06:00-dək ölkə ərazisində ictimai nəqliyyatın fəaliyyəti dayandırılacaq.

Qeyd edək ki, Nazirlər Kabinetinin Qərarına əsasən Azərbaycan Respublikasının ərazisində iş və istirahət günlərinin ardıcıllığını təmin etmək məqsədilə 2021-ci ilin 11 və 12 may iş günləri ilə müvafiq olaraq 8 may və 16 may istirahət günlərinin yerləri dəyişdirilib. Mayın 9-dan 15-dək qeyri-iş günləri olacaq.
16:41
Baxıs: 51840
Reyting: