Azərbaycanda minik avtomobilinin mühərrikinin həcminə görə dövlət rüsumları müəyyənləşib

Minik avtomobilinin mühərrikinin həcminə görə dövlət rüsumları müəyyənləşib.

Leqal.info-nun əldə etdiyi məlumata görə, bununla bağlı "Dövlət rüsumu haqqında" qanuna dəyişiklik təklif olunur.

Dəyişikliklə minik avtomobilinin mühərrikinin həcmi 2000 kubsantimetrədək olduqda - mühərrikinin həcminin hər kubsantimetrinə görə 0,05 manat;

3000 kubsantimetrədək olduqda - 100 manat + mühərrikinin həcminin 2001-3000 kubsantimetr hissəsi üçün hər kubsantimetrinə 0,1 manat;

4000 kubsantimetrədək olduqda - 200 manat + mühərrikinin həcminin 3001-4000 kubsantimetr hissəsi üçün hər kubsantimetrə görə 0,2 manat dövlət rüsumu tutulacaq.скачать dle 10.6фильмы бесплатно
1-11-2021, 14:46
Baxıs: 26 135
Reyting: