Azərbaycanda daha 1851 nəfər koronavirusa yoluxub, 17 nəfər ölüb

Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 1 851 yeni yoluxma faktı qeydə alınıb, 402 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Leqal.info-ya verilən məlumata görə, analiz nümunələri müsbət çıxan 17 nəfər vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 369 853 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 339 327 nəfər müalicə olunaraq sağalıb, 5 170 nəfər vəfat edib. 25 356 nəfər aktiv xəstə sayını təşkil edib.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 9 695, bu günə qədər isə ümumilikdə 4 220 135 test icra olunub.скачать dle 10.6фильмы бесплатно
16-08-2021, 17:00
Baxıs: 27 838
Reyting: