Səfir: "Azərbaycan Belarusu Qarabağın bərpasında iştiraka dəvət edib"

“Belarusda başa düşürlər ki, hazırda Azərbaycanın qarşısında çox mürəkkəb hədəf var. Söhbət azad edilmiş əraziləri mümkün qədər tez bərpa etmək və onları dinc həyata qaytarmaqdan gedir”.

Leqal.info xəbər verir ki, bu barədə Belarusun Azərbaycandakı səfiri Andrey Ravkov Belarus Respublikasının Müstəqillik Gününə və Azərbaycanla ikitərəfli münasibətlərə həsr olunmuş məqaləsində bildirib.

“Azərbaycan tərəfi bizi işğaldan azad olunmuş ərazilərin bərpası ilə bağlı proqramlarda iştirak etməyə dəvət edib. Hazırki vəziyyət ölçülüb-biçilmiş və effektiv qərarların qəbul edilməsini, qarşılıqlı fayda kəsb edən yeni layihələrin axtarılmasını, Azərbaycanın bu rayonlarının iqtisadiyyatının bərpa edilməsi məqsədilə bütün dost ölkələrin güclərinin birləşdirilməsini tələb edir”, - səfir deyib.

Diplomatın sözlərinə görə, iki ölkə liderləri Azərbaycanın azad edilmiş torpaqlarında Belarus təcrübəsinə və texnologiyalarına ehtiyac və tələbin ola biləcəyi barədə razılığa gəliblər.скачать dle 10.6фильмы бесплатно
2-07-2021, 11:30
Baxıs: 36 230
Reyting: