Ermənistanın baş prokuroru da Qarabağa qanunsuz səfər etdi

Ermənistanın baş prokuroru Artur Davtyan Azərbaycanın Dağlıq Qarabağ bölgəsinə qanunsuz səfər edib.

Leqal.info “Sputnik Ermənistan”a istinadən xəbər verir ki, səfər zamanı Davtyan Xankəndidə separatçı rejim qalıqlarının başçısı Araik Arutyunyanla görüşüb.

Görüş zamanı qondarma “Dağlıq Qarabağ respublikası” vətəndaşlarının hüquqları, xüsusilə yaşamaq və hərəkət etmək hüquqlarını qorumağa yönəlmiş dövlət qurumlarının işinin təşkili müzakirə edilib.

Qeyd edək ki, bundan öncə Ermənistan xarici işlər naziri Ara Ayvazyan və hərbi prokuror, baş prokurorun müavini Vahe Arutyunyan Dağlıq Qarabağa qanunsuz səfər etmiş, burada qondarma qurumun nümayəndələri ilə görüşlər keçirmişdi.скачать dle 10.6фильмы бесплатно
9-02-2021, 14:00
Baxıs: 46 948
Reyting: