Zərif Azərbaycana səfər edəcək

İranın xarici işlər naziri Məhəmməd Cavad Zərif Azərbaycan, Rusiya, Gürcüstan və Ermənistana səfər edəcək.

Leqal.info bildirir ki, bu barədə “Fars” agentliyi xəbər verib.

Məlumata görə, onun turnesi gələn həftəyə planlaşdırılıb.

“Gələn həftə Qafqaza və Rusiyaya səfər etməyi planlaşdırıram”, - deyə Zərif bildirib.

Siyasətçinin sözlərinə görə, o, Dağlıq Qarabağ böhranına və bölgədə sülh və sabitliyin bərqərar edilməsi vəziyyətinə kömək etmək üçün əməkdaşlıq edə biləcək ölkələrə səfər etmək istəyir.

Zərif Cənubi Qafqaz ölkələrinə və Rusiyaya səfərlərin dəqiq tarixini açıqlamayıb.

Daha əvvəl Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova Zərifin Moskvaya yanvarın 26-da səfər edəcəyini bildirmişdi.
скачать dle 10.6фильмы бесплатно
20-01-2021, 23:08
Baxıs: 36 803
Reyting: