Putin və Makron Ukrayna ətrafında vəziyyəti müzakirə ediblər

Rusiya Prezidenti Vladimir Putin Fransa Prezidenti Emmanuel Makronla telefonla danışıb.

Leqal.info-nun məlumatına görə, bu barədə Kremlin mətbuat xidməti məlumat yayıb.

"Ukrayna ətrafında vəziyyət və Rusiya Federasiyasına uzunmüddətli, hüquqi cəhətdən təmin edilmiş təhlükəsizlik zəmanətlərinin verilməsi ilə bağlı məsələlər ətrafında fikir mübadiləsi davam etdirilib. Vladimir Putin bu problemlərə fundamental yanaşmaları bir daha ətraflı şəkildə qeyd edib", - xəbərdə deyilir.

Bundan əlavə, liderlər telefon danışığında gələcək təmaslar, habelə mümkün şəxsi görüşün öyrənilməsi barədə razılığa gəliblər.скачать dle 10.6фильмы бесплатно
31-01-2022, 23:00
Baxıs: 27 830
Reyting: