Bakıda tikinti şirkəti 70 min manatlıq ağacları kəsib

Bakıda tikinti şirkəti 70 min manatlıq ağacları kəsib.

Bu barədə Leqal.info-ya Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin rəsmisi Bəhruz Məhəmmədov məlumat verib.

Onun sözlərinə görə, xidmətin əməkdaşlarının keçirdiyi nəzarət tədbirləri zamanı Nəsimi rayonu, Rəşid Məmmədov 25 ünvanında ağac kəsintisi faktı müəyyən edilib: "Araşdırma zamanı ağacların sözügedən ərazidə tikinti işləri aparan “XXI əsr Xəzər İnşaat” MMC tərəfindən kəsildiyi və təbiətə 67680 manat məbləğində ziyan dəydiyi məlum olub. Faktla bağlı toplanmış sənədlər hüquq-mühafizə orqanlarına təqdim olunacaq”.скачать dle 10.6фильмы бесплатно
21-01-2022, 16:00
Baxıs: 33 655
Reyting: