Seninem.Az > Araşdırma > Hər gün SARIKÖK SUYU içəndə orqanizmdə nə baş verir?
Hər gün SARIKÖK SUYU içəndə orqanizmdə nə baş verir?Tarix: 19-10-2017, 10:00. Müəllif: admin |
Ən faydalı ədviyyatlardan olan sarıkök orqanizmə müalicəvi, profilaktik və cavanlaşdırıcı təsir edir. Sarıkökün orqanizmə olan müsbət təsiri bir çox elmi araşdırmalarda öz təsdiqini tapıb. Leqal.info Saglamolun.az-a istinadən xəbər verir ki, sarıkökün əsas təsiredici komponenti olan "kurkumin" güclü antioksidant, iltihab, mikrob, virus və xərçəng əleyhinə təsirə malikdir. Hər gün sarıkök əlavə olunmuş 1 stəkan su içmək orqanizmə çox böyük fayda verə bilər. Bunun üçün 1 stəkan (200 ml) ilıq suda 1 qəhvə qaşığı sarıkök və 1 çay qaşığı bal həll edin və acqarına için. Bu möcüzəli içkinin orqanimə olan mühüm faydaları bunlardır: - Güclü iltihabəleyhinə təsirə malik olduğuna görə artritin simptomlarını (ağrı, şişkinlik) azaldır. - Şəkərli diabetin inkişafının qarşısını alır. - Qaraciyərin sağlamlığını qoruyur. - Metabolik prosesləri yaxşılaşdırır və bununla da arıqlamağa kömək edir. - Beyinin fəaliyyətini yaxşılaşdırır, beyini cavanlaşdırır. - Xərçəngin riskini azaldır. - Ürək-damar sistemi üçün faydalıdır, damarların sağlamlığını qoruyur, damarlarda trombların əmələ gəlməsinin riskini azaldır. - Antioksidant xüsusiyyətlərə görə orqanizmə olan sərbəst radikalların təsirini azaldır və bununla da orqanizmin qocalmasını ləngidir. - Dərinin vəziyyətini yaxşılaşdırır. Geri Qayıt |