Seninem.Az > Araşdırma > BÜTÜN XƏSTƏLİKLƏRİN DƏRMANI
BÜTÜN XƏSTƏLİKLƏRİN DƏRMANITarix: 22-09-2017, 10:00. Müəllif: admin |
|
Məkkəgülü (karkade) çayını ərəblər bütün xəstəliklərin dərmanı adlandırırlar. Sözsüz ki, bu içkinin belə qiymətləndirilməsi təsadüfi deyil. Öz zəngin tərkibi ilə məkkəgülü çayı bir çox dərdlərin təbii dərmanıdır. Leqal.info Modern.az-a istinadən məkkəgülü çayının faydalarını sadalayır. - Tərkibində 13 üzvi turşu olan bu içkinin dadı turş, rəngi qırmızıdır. Hibiskus bitkisinin ləçəklərindən hazırlanan məkkəgülü çayı qan təzyiqi və 2-ci tip şəkərli diabet xəstəlikləri üçün olduqca faydalıdır. - Hibiskus bitkisi antioksidantlara zəngin olduğundan orqanizmi cavanlaşdırır, onu azad radikalların təsirindən qoruyur, xoşxassəli və bədxassəli şişlərin yaranmasının qarşısını alır. - Bu çayı soyuqdəymə və qripin profilaktikası üçün ən təsirli vasitə hesab etmək olar. - Öskürəyə qarşı xeyirlidir və xəstəlik zamanı yüksək temperaturu normaya salır. - Məkkəgülü çayı qan damarlarını möhkəmləndirir, qanda “pis” xolesterinin miqdarını azaldır, damar tıxaclarının yaranmasının qarşısını alır. - Bədənin ümumi tonusunu normasında saxlayan bu içki orqanizmin immun sistemini gücləndirir, xəstəliklərə qarşı müqavimətini artırır. - Məkkəgülü çayının orqanizmə faydalarından biri də onun sinir sisteminə müsbət təsir göstərməsi, əsəb gərginliyini, fiziki və zehni yorğunluğu aradan qaldırmasıdır. - Tərkibində kversitin olduğuna görə, məkkəgülü çayı göz yorğunluğunu da götürür, görmə qabiliyyətini yaxşılaşdırır. Kompüter qarşısında saatlarla oturanlar üçün bu çay ən yaxşı içkidir. - Məkkəgülü çayı qaraciyərin fəaliyyətinə də müsbət təsir göstərir. - Ödqovucu xassəyə malikdir, öd ifrazını normallaşdırır. - Zərərli maddələrin orqanizmdən xaric olmasına kömək edir. - Böyrək iltihabı zamanı xeyirlidir, sidikqovucu xassəyə malikdir. - Piylənmənin qarşısını alır, arıqlamaq istəyənlər üçün effektli vasitədir. - Məkkəgülü çayı kişi sağlamlığı üçün də xeyirlidir, o potensiyanı gücləndirir, cinsi fəallığı artırır. - Mədə xorası və qastrit xəstəlikləri olanlar məkkəgülü çayından məhdudiyyətlə istifadə etməlidirlər. Belə ki, bu içki mədə şirəsinin turşuluq dərəcəsini artırır. O cümlədən öd daşı xəstəliyinin kəskinləşdiyi dövrdə də məkkəgülü çayından istifadə etmək məsləhət görülmür. Geri Qayıt |