Seninem.Az > Araşdırma / Aktual / Gündəm / Şou-Biznes > Piknikə və rayona gedənlərin nəzərinə: Ölümcül qızdırmadan necə qorunmalı?
Piknikə və rayona gedənlərin nəzərinə: Ölümcül qızdırmadan necə qorunmalı?Tarix: Bu gün, 08:56. Müəllif: admin2 |
Gənə təhlükəsi geri döndü: Əlamətlər 3-7 gün sonra ortaya çıxır, ölümcül ola bilər!![]() Sfera.az bildirir ki, yaz və yay aylarının gəlməsi ilə xüsusilə kənd təsərrüfatı və rayon yerlərində gənə halları yenidən artmağa başlayıb. Bu artım özü ilə bərabər ölümcül gənə qızdırması xəstəliyi riskini gündəmə gətirir. Mütəxəssislər hər il bu mövsümdə sıx görünən bu xəstəliyə qarşı kənd təsərrüfatı ilə məşğul olanları və piknikə gedənləri ciddi şəkildə xəbərdar edir. Xəstəlik virus daşıyan gənələrin insan bədəninə yapışması və virusu qana ötürməsi ilə başlayır. Yüksək qızdırma, halsızlıq və qusma ilə özünü büruzə verir Xəstəliyin ilk baxışda adi bir infeksiya kimi başladığını qeyd edən həkimlər bildirib: “Xəstəlik yüksək qızdırma, halsızlıq, ürəkbulanma, qusma, baş və əzələ ağrıları, iştahsızlıq kimi əlamətlərlə özünü göstərir. Əgər xəstəlik irəliləyərsə, bədəndə daxili və xarici qanamalar başlayır və bu, ölümə qədər gedən ağır bir vəziyyət yaradır. Xəstəliyin birbaşa xüsusi dərmanı yoxdur; biz xəstələrə orqanizmi dəstəkləyən müalicə üsulları tətbiq edirik”. Gənə bədənə yerləşmək üçün 12-24 saat vaxt itirir Mütəxəssislər gənə yapışmasının qarşısını almaq və qorunmaq üçün bu qaydalara əməl etməyi tapşırır: ·Geyim qaydası: Sahəyə və ya meşəlik əraziyə çıxarkən açıq rəngli geyimlər seçilməlidir (bu, tünd rəngli gənəni tez fərq etməyə kömək edir). Şalvarın balaqları mütləq corabın içinə salınmalı, uzunqol köynəklərin manjetləri bağlı tutulmalıdır. ·Bədən yoxlanışı: Gənələr uçmur və ya tullanmır, yerdən gəzərək bədənə çıxır. Bədəndə tam yerləşməsi üçün 12-24 saat vaxt lazım olur. Bu səbəbdən açıq havadan qayıtdıqdan sonra mütləq paltarlar çıxarılmalı və bütün bədən gənə riskinə qarşı yoxlanılmalıdır. Gənəni çıxararkən bu səhvləri əsla etməyin! Əgər bədənə gənə yapışıbsa, onu ən qısa müddətdə çıxarmaq sağalma şansını artırır. Lakin proses zamanı edilən səhvlər virusun bədənə daha çox yayılmasına səbəb olur: ·Çılpaq əllə toxunmayın: Gənəyə əsla yalın əllə toxunmaq olmaz. Onu bir sellofan torba və ya bez parçası (yaxud maqqaş) ilə tutub cəkmək lazımdır. ·Heyvanı stressə salmayın: Gənəni çıxarmaq üçün onun üzərinə duru sabun, zeytun yağı tökmək, ya da onu alışqanla yandırmaq olmaz. Bu addımlar gənəni stressə salır və o, daxilindəki bütün viruslu mayeni insanın bədəninə daha çox qusur. ·Heyvandarlıqla məşğul olanlar üçün xəbərdarlıq: İri və xırdabuynuzlu heyvanların üzərindəki gənələri çılpaq əllə təmizləmeyin. Gənə əzilərsə, onun daxilindəki virus dəridəki xırda çatlardan insanın qanına keçə bilər. İlk 3-7 gün həyati əhəmiyyət daşıyır Klinik əlamətlərin gənə bədənə yapışdıqdan 3-7 gün sonra ortaya çıxdığını deyən həkimlər vurğulayır: "Şikayətiniz olmasa belə, gənə təmizləndikdən sonra mütləq həkimə müraciət edin. Erkən diaqnoz müalicə üçün ən böyük şansdır. Əgər gənə tutmasından sonrakı günlərdə yüksək qızdırma, halsızlıq və əzələ ağrıları başlayarsa, heç gözləmədən təcili tibbi yardıma müraciət edilməlidir". Altay Geri Qayıt |