Seninem.Az > Araşdırma / Gündəm > Smartfonu mütəmadi yandırıb-söndürmək zərərlidir?

Smartfonu mütəmadi yandırıb-söndürmək zərərlidir?


Tarix: Bu gün, 11:05. Müəllif: admin2
Smartfonu mütəmadi yandırıb-söndürmək zərərlidir?Mütəxəssislər smartfonların tez-tez yandırılıb-söndürülməsinin cihazın işinə mənfi təsir göstərə biləcəyi barədə xəbərdarlıq ediblər.

Redaktor.az xəbər verir ki, bu haqda məlumatı "BGR" portalı məlumat yayımlayıb.

Məlumata görə, bəzi istifadəçilər, xüsusilə gecələr yatmazdan əvvəl telefonlarını söndürməyi vərdiş halına gətiriblər. Lakin ekspertlər bildirirlər ki, müasir smartfonlar uzun müddət fasiləsiz işləmək üçün hazırlanıb və onları tez-tez söndürməyə ehtiyac yoxdur.

Qeyd olunur ki, telefon hər dəfə yenidən işə salındıqda əlavə resurs sərf edir və sistem daha çox yüklənməyə məruz qalır. Bu da uzunmüddətli perspektivdə cihazın işinə təsir göstərə bilər.

Mütəxəssislər həmçinin xatırladıblar ki, fövqəladə vəziyyətlərdə telefondan dərhal istifadə etmək lazım gələ bilər. Cihaz söndürülmüş olduqda isə onun açılması müəyyən vaxt aparır.

Zəng və bildirişlərdən narahat olmaq istəməyən istifadəçilərə telefonu söndürmək əvəzinə səssiz rejimdən və ya "Narahat etməyin" funksiyasından istifadə etmək tövsiyə olunur.

Aytəkin TOFİQQIZIскачать dle 10.6фильмы бесплатно
Geri Qayıt