Seninem.Az > Araşdırma / Aktual / Gündəm / Şou-Biznes > Uşaqlarla BAĞLI kosmetoloqdan AÇIQLAMA-TƏCİLİ
Uşaqlarla BAĞLI kosmetoloqdan AÇIQLAMA-TƏCİLİTarix: Bu gün, 10:32. Müəllif: admin2 |
Son zamanlar sosial şəbəkələrdə uşaqların üzə qulluq etməsi ilə bağlı videolar geniş yayılıb. Bu videolarda azyaşlıların böyüklər kimi müxtəlif kremlər, serumlar və digər kosmetik vasitələrdən istifadə etdiyi görünür. Mütəxəssislər isə yaşa uyğun olmayan bu məhsulların istifadəsinin uşaqlar üçün ciddi problemlərə səbəb ola biləcəyini bildirirlər.Azia.az bildirir ki, mövzu ilə bağlı Pravda.az-a açıqlama verən həkim kosmetoloq Qəmər Abbasovanın sözlərinə görə, uşaqlarda dəriyə qulluq 13 yaşdan başlanmalıdır. O qeyd edib ki, buna səbəb isə yeniyetməlik dövrünün uşaqlarda 13 yaşdan başlamasıdır: “Burada qız, oğlan fərq etməz. 13 yaşdan hormonal dəyişiklik getdiyinə, hormonlar yüksəldiyinə görə təbii olaraq burada əksər vəzilər, xüsusilə də piy vəziləri aktivləşir. Bu səbəbdən dəridə yağlanmalar baş verə bilir. Yağlanmanın nəticəsində də müxtəlif səpgilər, məsamələrin daha açıq olması, bağlı komedonlar, sızanaqlar, aknelər baş verə bilər. Ən azından qara nöqtələr əmələ gəlir və məsamələr daha da genişlənir. Çünki yağ ifrazı artıq olur. Buna görə də 13 yaşdan üzə qulluq başlamalıdır. Bunun üçün üz yuma geli, həmin yağ vəzilərini azaldacaq krem və mütləq şəkildə günəşdən qoruyucu SPF krem gərəklidir. Sadəcə olaraq bu kremləri seçərkən marketinqə deyil, real keyfiyyətə diqqət versinlər. Çünki bir çoxlarının tərkibi parafindi, dərini zədələyə biləcək digər komponentlər mövcuddur. Bu da dəri bariyerini zədələyə bilir, hansısa dəri xəstəliyini belə yarada bilər. Bunlar müalicəvi aptek vasitələri olmalıdır. Bunun üçün həkim kosmetoloq və ya dermatoloqla məsləhətləşib almaları tövsiyədir. Dəriyə uyğun krem seçilməlidir. Dəri bariyerini qoruyacaq kremlərdən istifadə olunmalıdır”. Şəhanə Qədirli Geri Qayıt |