Seninem.Az > Araşdırma / Aktual / Gündəm / Maraqli > Dünyanın yaş xəritəsi: hansı ölkələr qocalır, hansılar gənc qalır?

Dünyanın yaş xəritəsi: hansı ölkələr qocalır, hansılar gənc qalır?


Tarix: Bu gün, 15:52. Müəllif: admin2
Dünyanın yaş xəritəsi: hansı ölkələr qocalır, hansılar gənc qalır?Doğum səviyyəsinin azalması və ömür uzunluğunun artmasının qaçılmaz nəticələrindən biri əhalinin yaş strukturunun dəyişməsidir.

Modern.az xəbər verir ki, hazırda dünyanın demək olar ki, bütün ölkələrində orta yaş yüksəlir və yaşlı insanların (65 yaş və yuxarı) əhali içində payı artır.

Böyük ölkələr arasında bu göstəriciyə görə ilk yerdə Yaponiya qərarlaşır. Burada 65 yaşdan yuxarı insanların payı artıq ümumi əhalinin 30 faizini təşkil edir.

Ən aşağı göstəricilər isə Səudiyyə Ərəbistanı (3 faiz) və Birləşmiş Ərəb Əmirliklərində (2 faiz) qeydə alınır. Bu, əsasən həmin ölkələrdə əhalinin böyük hissəsinin müvəqqəti işləmək üçün gəlmiş əmək qabiliyyətli yaşda olan miqrantlardan ibarət olması ilə izah edilir.

Vüqar İSMAYILOVскачать dle 10.6фильмы бесплатно
Geri Qayıt