Seninem.Az > Araşdırma / Aktual / Gündəm / Şou-Biznes > Saleh Məmmədovun əsas adamları vəzifələrindən kənarlaşdırıldı

Saleh Məmmədovun əsas adamları vəzifələrindən kənarlaşdırıldı


Tarix: 25-03-2026, 13:40. Müəllif: admin2
Saleh Məmmədovun əsas adamları vəzifələrindən kənarlaşdırıldıAzərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin (AAYDA) İdarə Heyətinin sədr müavinləri – Əvəz Qocayev və Hüsnü Quliyev vəzifələrindən kənarlaşdırılıb. Demokrat.az-ın əldə etdiyi məlumata görə, bu addımın atılmasına səbəb sözügedən şəxslərin Dövlət Avtomobil Yolları Agentliyində fəaliyyəti dövrünün yoxlanılması ilə bağlıdır. Yoxlamalar AAYDA-nın sabiq rəhbəri Saleh Məmmədovun fəaliyyətinə də şamil olunub.

KONKRET.az xəbər verir ki, sözügedən şəxslərin və Saleh Məmmədovun AAYDA-da çalışan qohumlarının yaxın günlərdə tutduqları vəzifədən də azad olunacağı gözlənilir.

Qeyd edək ki, Əvəz Qocayev və Hüsnü Quliyev Saleh Məmmədovun əsas kadrları hesab olunurlar.

Xatırladaq ki, Vüsal Nəsirli 6 fevral 2026-cı ildə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi İdarə Heyətinin yeni sədri təyin edilib.скачать dle 10.6фильмы бесплатно
Geri Qayıt