Seninem.Az > Araşdırma / Aktual / Şou-Biznes > Azərbaycanlı direktor rüşvət üstündə saxlanıldı - Deputatın qohumudur

Azərbaycanlı direktor rüşvət üstündə saxlanıldı - Deputatın qohumudur


Tarix: 24-02-2026, 12:04. Müəllif: admin2
Azərbaycanlı direktor rüşvət üstündə saxlanıldı - Deputatın qohumudurMarneulidə 4 saylı rusdilli ictimai məktəbin direktoru Dilarə Darğallı rüşvət alma faktı ilə Gürcüstan Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən saxlanılıb.

Musavat.com bildirir ki, bu barədə DTX Antikorrupsiya Agentliyinin rəhbəri Emzar Qaqnidze brifinqdə məlumat verib.

Məlumata görə, direktor attestatın verilməsi üçün tələb olunan imtahanların guya müvəffəqiyyətlə verilməsi müqabilində bir vətəndaşdan 300 ABŞ dolları məbləğində rüşvət alarkən ifşa olunub. Gürcüstan Cinayət Məcəlləsinin 338-ci maddəsinin birinci hissəsi üzrə istintaq aparılır. Bu maddə rüşvətə görə 6 ildən 9 ilədək həbs cəzası nəzərdə tutur.

WhatsApp Image 2025-12-06 at 15.30.36.jpeg (44 KB)

Brifinqdə həmçinin bildirilib ki, DTX Gürcüstanın digər rayonlarında da korrupsiya əməliyyatları həyata keçirib. Ümumilikdə 5 nəfər saxlanılıb, 14 nəfər barəsində isə cinayət işi açılıb.

Qeyd edək ki, Dilarə Darğallının "Gürcü arzusu" partiyasından deputat olan Zaur Darğallının qohumu olduğu bildirilir.

Şahanə Rəhimliскачать dle 10.6фильмы бесплатно
Geri Qayıt