Seninem.Az > Araşdırma / Manşet Yuxarı / Manşet Sağ > Səfər Mehdiyevi əvəz edəcək şəxs kimdir? - DOSYE
Səfər Mehdiyevi əvəz edəcək şəxs kimdir? - DOSYETarix: 18-07-2022, 16:02. Müəllif: admin2 |
Prezident İlham Əliyevin sərəncamı ilə Şahin Soltan oğlu Bağırov Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi sədrinin birinci müavini təyin edilib. Bununla bağlı Prezident İlham Əliyev sərəncam imzalayıb. Sərəncamla DGK-nın sədri təyin olunanadək həmin vəzifənin müvəqqəti icrası DGK sədrinin birinci müavini Şahin Soltan oğlu Bağırova həvalə edilib. Ş.Bağırov 1965-ci ildə anadan olub, 1986-cı ildə Voronej Dövlət Universitetinin İqtisadiyyat fakültəsini bitirib. O, 1992-ci ildən gömrük orqanlarında fəaliyyətə başlayıb, Bakı Baş Gömrük İdarəsinin inspektoru, “Əli-Bayramlı” gömrük postunun rəisi, Gömrük Nəzarətinin Təşkili Baş İdarəsində, Daxili Təhlükəsizlik İdarəsində, Gömrük Nəzarətinin Təşkili Baş İdarəsinin rəis müavini və sonradan həmin idarənin rəisi vəzifəsində çalışıb, 2014-cü ildən DGK sədrinin müavini təyin olunub. Geri Qayıt |