“Yaşıllaşan gözəl diyarım mənim” layihəsi uğurla yekunlaşdı![]() Bu düşərgənin əsas məqsədi dövlət himayəsində böyüyən gənclərin sosial inkişafına töhfə vermək, onları ekoloji biliklərlə maarifləndirmək və yaşıl dünya ideyalarına həvəsləndirmək olub. Eyni zamanda gənclərin sosiallaşmasına dəstək məqsədilə bir sıra maarifləndirici ekskursiyalar təşkil edilib. Onlar 743-cü ildə inşa edilmiş Şamaxı Cümə məscidi, Şah Xəndan türbəsi, Seyid Əzim Şirvaninin məzarı və Şamaxı Tarix-Diyarşünaslıq Muzeyi ilə tanış olublar. Ekskursiyalar zamanı gənclərə Şamaxının tarixi və mədəniyyəti barədə geniş məlumatlar verilib. Bu cür layihələr gənclərin cəmiyyətə inteqrasiyasına və onların gələcəkdə uğurlu bir həyat qurmasına mühüm töhfə verir. ![]() ![]() ![]() ![]() ![]() ![]() |
XƏBƏR LENTİ
16-01-2025, 07:54
16-01-2025, 07:46
15-01-2025, 09:14
15-01-2025, 09:12
15-01-2025, 09:10
15-01-2025, 09:10