Qar mikrob və virusları öldürür? - AÇIQLAMA

Qar mikrob və virusları öldürür? - AÇIQLAMA

Hamının gözlədiyi qar axır ki, Bakıya da yağdı. Qarlı hava xalq arasında yayılan, hətta bir çoxlarının inandığı deyimi də yada saldı: “Qar yağsaydı, xəstəliklər bitər, mikroblar ölərdi”.

Bəs görəsən, doğurdanmı qar mikrobları öldürür?

Məsələ ilə bağlı infeksionist-həkim Mərdan Əliyev Bakupost.az –a açıqlama verib.

O, bu deyimin heç bir əsasının olmadığını bildirib:

“Bu məsələnin qarla heç bir əlaqəsi yoxdur. Əksinə, hava soyuq olduqca viruslar üçün əlverişli şərait yaranır. Viruslar yalnız günəşli havada yox olur. Əgər qışda da hava günəşlidirsə, virusların ölməsi mümkündür. Çünki günəşin ultrabənövşəyi şüaları onları məhv edir. Qarlı havada isə viruslar sağ qala bilir”.

Son günlər əhali arasında yayılan virusla bağlı danışan həkim qeyd edib ki, bu, qrip və ya paraqrip ola bilər:

“Uşaqlar arasında yayılan virus daha çox bronxları zədələyir. Hətta təngənəfəslik və xışıltı yaradır. Böyüklərdə də buna çox rast gəlinir. Amma bunun dəqiq hansı virus olduğunu müəyyən etmək çətindir. Çünki bizim əlimizdə o qədər imkan yoxdur ki, bunu dövlət klinikalarında araşdıraq. Hər halda bu, yeni bir virus deyil. Eyni zamanda koronavirus və donuz qripi də deyil. Bu, yalnız mövsümi infeksiyadır. Fikir verirsinizsə, ağırlaşma, ölüm olmayıb. Burun axma, qızdırma kimi orqanizmin buna cavab verməsi yaxşıdır. Düzdür ağır keçirr, amma demək ki, orqanizm o virusu tanıyır və ona reaksiya verir”.скачать dle 10.6фильмы бесплатно
9-01-2023, 17:42
Baxıs: 328
Reyting: