ÜST meymunçiçəyinin iki variantına yeni adlar verdi

ÜST meymunçiçəyinin iki variantına yeni adlar verdi

Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) mütəxəssisləri meymunçiçəyi virusunun iki variantının yeni adları ilə bağlı razılığa gəliblər.

Bu barədə  təşkilatın   mətbuat   xidməti   xəbər verir.

Bu virusun Mərkəzi Afrika variantı bundan sonra “klad I” və Qərbi Afrika növü isə “klad II” olaraq adlandırılacaq.

Virusların adlandırılmasının hazırkı praktikasının məqsədi hər hansı mədəni, sosial, milli, regional, peşə və ya etnik qrupu təhqir etməmək və ticarət, səyahət, turizm və ya canlı təbiətə hər hansı mənfi təsiri minimuma endirməkdir.

Bildirilib ki, meymunçiçəyi virusunun yeni adı ilə bağlı müzakirələr hələ yekunlaşmayıb. Bu məsələ Virusların Taksonomiyası üzrə Beynəlxalq Komitə çərçivəsində müzakirə olunur.скачать dle 10.6фильмы бесплатно
13-08-2022, 10:04
Baxıs: 327
Reyting: