Seninem.Az > Aktual / Manşet Yuxarı > Azərbaycanda bəzi şəxslərə "Əks-göstəriş sertifikatı” elektron qaydada veriləcək
Azərbaycanda bəzi şəxslərə "Əks-göstəriş sertifikatı” elektron qaydada veriləcəkTarix: 13-12-2021, 21:21. Müəllif: admin |
COVID-19 əleyhinə vaksinlərə qarşı əks-göstərişləri olan şəxslərin “Əks-göstəriş sertifikatı” da artıq “Elektron səhiyyə” mobil tətbiqinə inteqrasiya edilib. Bu barədə Leqal.info-ya Səhiyyə Nazirliyindən məlumat verilib. Bildirilib ki, aşağıda qeyd olunan vətəndaşlar bu tətbiq vasitəsilə “Əks-göstəriş sertifikatı”nın alınması ilə bağlı Səhiyyə Nazirliyinə müraciət edə bilər. -Hamilə qadınlar -Dağınıq skleroz -Süd verən analar Müraciət etdikdən sonra vətəndaş qeyd olunmuş hal üzrə müvafiq registrlərdə mövcud olduğu təqdirdə avtomatik olaraq əks-göstəriş sertifikatı mobil tətbiqdə əks olunacaq. Bu hallardan əlavə digər diaqnozlar olduğu təqdirdə vətəndaş əks-göstəriş sertifikatı almaq üçün ərazi üzrə qeydiyyatda olduğu poliklinikasına müraciət edə bilər. Elektron Səhiyyə mobil tətbiqini Android əməliyyat sistemli cihazlarda Google Play-dən (Play Market), İOS əməliyyat sistemli cihazlarda isə APP Store-dan asanlıqda yükləyə bilərsiniz. Qeyd edək ki, Elektron Səhiyyə Mobil tətbiqindən qeydiyyat Asan loginə inteqrasiya olunub. Geri Qayıt |