Ukraynanın “SkyUp” aviaşirkəti Zaporojye-Bakı uçuşlarını ləğv etdi

Ukraynanın “SkyUp” aviaşirkəti Zaporojye - Bakı - Zaporojye uçuşlarını ləğv edib.

Bu barədə “Report” Ukrayna mətbuatına istinadən xəbər verir.

Məlumata görə, buna səbəb Ukrayna Dövlət Aviasiya Xidmətinin “SkyUp” aviaşirkətinin Zaporojye də daxil olmaqla, üç şəhərdən reys lisenziyasını ləğv etməsidir.

Dövlət Aviasiya Xidməti direktorunun bununla bağlı sərəncamında deyilir ki, aviaşirkətin özü Xidmətə müvafiq ərizə ilə müraciət edib. Beləliklə, aşağı büdcəli aviaşirkət Kiyev, Xarkov, Lvov, Odessa və Zaporojyedən uçuş hüququndan imtina etmək qərarına gəlib.

Aviaşirkət bundan sonra Zaporojye beynəlxalq hava limanından Zaporojye - İstanbul - Zaporojye (uçuş tezliyi: həftədə dörd dəfə) reysləri üzrə uçuşları da həyata keçirə bilməyəcək. Uçuşların ləğv olunmasının səbəbi açıqlanmır.скачать dle 10.6фильмы бесплатно
2-01-2022, 18:48
Baxıs: 32 532
Reyting: