ABŞ-da atışma olub, ölü və yaralılar var

ABŞ-ın Texas ştatının Teksarkana şəhərində Hellouin şənliyində açılan atəş nəticəsində azı 1 nəfər ölüb, daha 9 nəfər yaralanıb.

“Leqal.info” xəbər verir ki, bu barədə yerli polis idarəsi feysbukdakı səhifəsində məlumat yayıb.

Qeyd ediliur ki, polis əməkdaşları atışma barədə məlumatı yoxlamaq üçün əraziyə gəldikdə güllə yarası almış 10 nəfəri aşkarlayıb. Zərərçəkənlər xəstəxanaya çatdırılıb, onlardan biri az sonra ölüb.

Hüquq-mühafizə orqanlarının hesablamalarına görə, atışma zamanı şənlikdə azı 200 nəfər olub.

Polis hələ hadisəni törədən şəxsi saxlamayıb. İstintaqın ilkin nəticələrinə görə, atışmaya qonaqlardan bəziləri arasında mübahisə səbəb olub.скачать dle 10.6фильмы бесплатно
31-10-2021, 18:20
Baxıs: 31 522
Reyting: