Seninem.Az > Aktual / Manşet Sağ > Gələn ilin büdcəsi prezidentə təqdim edildi

Gələn ilin büdcəsi prezidentə təqdim edildi


Tarix: 26-09-2018, 10:35. Müəllif: admin
Azərbaycan Respublikasının 2019- cu il üzrə dövlət büdcəsinin və icmal büdcənin layihələri və sonrakı üç il üçün icmal büdcənin göstəriciləri prezidentə təqdim olunub.

Leqal.info xəbər verir ki, baş nazir Novruz Məmmədovun imzaladığı qərarla Azərbaycan Respublikası Maliyyə Nazirliyinin yeni büdcə qaydasına uyğun olaraq tərtib etdiyi “Azərbaycan Respublikasının 2019-cu il üzrə dövlət büdcəsinin və icmal büdcənin layihələri və sonrakı üç il üçün icmal büdcənin göstəriciləri” və Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin təqdim etdiyi “Azərbaycan Respublikasının 2019-cu il və gələn üç il üzrə iqtisadi və sosial inkişaf konsepsiyası və proqnoz göstəriciləri” bəyənilib.

Qərarla bu sənədlər və “Büdcə sistemi haqqında” Azərbaycan Respublikası Qanununun 12-ci maddəsində nəzərdə tutulan müvafiq materiallar prezidentə təqdim edilib. (Qafqazinfo)скачать dle 10.6фильмы бесплатно
Geri Qayıt