Seninem.Az > Aktual / Dünya / Gündəm / Şou-Biznes > Ukrayna 10 min km uçan dronlar hazırlayır - Zelenski AÇIQLADI
Ukrayna 10 min km uçan dronlar hazırlayır - Zelenski AÇIQLADITarix: Bu gün, 10:50. Müəllif: admin2 |
Ukrayna Prezidenti Volodimir Zelenski gələn il ölkəsinin hazırladığı pilotsuz uçuş aparatlarının (PUA) uçuş məsafəsinin 5-10 min kilometrə çatacağını və bu texnologiyanı ABŞ ilə bölüşməyə hazır olduqlarını bildirib.Redaktor.az xəbər verir ki, Zelenski bu barədə amerikalı bloger Laura Lumerə müsahibəsində danışıb. Onun sözlərinə görə, hazırda həm Ukrayna, həm də Rusiya 3 min kilometrdən artıq uçuş məsafəsinə malik dronlardan istifadə edir. "Bu il biz 4 min kilometrlik məsafəyə çatacağıq. Gələn il isə bu göstərici 5-10 min kilometr olacaq", – deyə Zelenski bildirib. Prezident qeyd edib ki, 10 min kilometr uçuş məsafəsinə malik dronlar ABŞ-nin potensial rəqiblərinə qarşı imkanlarını əhəmiyyətli dərəcədə artıracaq. O vurğulayıb ki, Kiyev bu texnologiyanı Vaşinqtonla paylaşmağa hazırdır. Zelenskinin sözlərinə görə, Ukrayna ABŞ ilə tarixinin ən böyük dron sazişini imzalamaq niyyətindədir. "Biz müxtəlif növ dəniz, hava və uzaqmənzilli zərbə dronlarının tədarükünü və birgə istehsalını nəzərdə tutan ən böyük sazişi hazırlayırıq", – deyə o bildirib. Prezident qeyd edib ki, sənəd demək olar hazırdır. Layihəyə əsasən, ABŞ-də birgə istehsal təşkil ediləcək və istehsal olunan dronlar "təhlükəli ölkələrə" satılmayacaq. Onların ixracı yalnız ABŞ, Avropa və Ukrayna ilə məhdudlaşdırılacaq. Zelenski əlavə edib ki, əsas üstünlük texnologiyadır və bu sahədə həm Ukrayna, həm də ABŞ mühüm imkanlara malikdir. Onun sözlərinə görə, amerikalı hərbçilər və generallar Ukraynanın döyüş təcrübəsinin ABŞ üçün unikal texnoloji üstünlüklər yaratdığını etiraf edirlər. Volodimir Zelenski Ukraynanın gələn il 5-10 min kilometr uçuş məsafəsinə malik dronlar hazırlayacağını və ABŞ ilə ən böyük pilotsuz aparat sazişini imzalamağa hazırlaşdıqlarını açıqlayıb. Geri Qayıt |