Seninem.Az > Aktual > Bakının 4 rayonunda su olmayacaq

Bakının 4 rayonunda su olmayacaq


Tarix: Dünən, 13:50. Müəllif: admin2
Bakının 4 rayonunda su olmayacaqSabah Bakının 4 rayonunun bəzi ərazilərində suyun verilməsi müvəqqəti məhdudlaşdırılacaq.
Bu barədə Ölkə.az-a Dövlət Su Ehtiyatları Agentliyi (ADSEA) İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətindən məlumat verilib.

Bildirilib ki, su xəttinin üzərində qəzalı vəziyyətdə olan siyirtmənin yenisi ilə əvəz olunması işləri ilə bağlı paytaxtın Nərimanov, Nəsimi, Yasamal, Binəqədi rayonlarının bəzi ərazilərində iyulun 3-də günorta saatlarınadək suyun verilməsində fasilə yaranacaq.

Qurum müvəqqəti narahatlığa görə abonentlərdən üzr istəyir.скачать dle 10.6фильмы бесплатно
Geri Qayıt