Seninem.Az > Aktual > İclaslara gəlməyən deputatlarla bağlı AÇIQLAMA
İclaslara gəlməyən deputatlarla bağlı AÇIQLAMATarix: Bu gün, 10:09. Müəllif: admin2 |
Milli Məclisin İntizam komissiyasının yaz sessiyası ilə bağlı ayrıca iclas keçirməsinə ehtiyac yaranmayıb.![]() Xəbər verilir ki, modern.az-ın sorğusuna cavab olaraq İntizam komissiyasının üzvü Nəsib Məhəməliyev bildirib ki, yaz sessiyası ərzində deputatların sistemli şəkildə parlament iclaslarında iştirak etməməsi halları qeydə alınmayıb. “Yaz sessiyası ərzində deputatların sistemli şəkildə iclaslara qatılmaması halları baş verməyib. Ona görə də bu məsələ ilə bağlı İntizam komissiyasının iclas keçirməsinə zərurət yoxdur”, – deyə o qeyd edib. Deputatın sözlərinə görə, Milli Məclis üzvləri qanunvericiliyin tələblərinə məsuliyyətlə yanaşır və parlamentin işində fəal iştirak edirlər. “Deputatlar qanun-qaydalara kifayət qədər məsuliyyətlə yanaşırlar, nizam-intizamlıdırlar. Ezamiyyət, xarici səfərlər və digər üzrlü səbəblər istisna olmaqla, demək olar ki, hamısı mütəmadi olaraq bütün iclaslarda iştirak edirlər”, – deyə Nəsib Məhəməliyev vurğulayıb. Geri Qayıt |