Seninem.Az > Aktual / Gündəm / Şou-Biznes > Azərbaycan İsraildə Bələdiyyələr və İnnovasiya Sərgisində iştirak edəcək
Azərbaycan İsraildə Bələdiyyələr və İnnovasiya Sərgisində iştirak edəcəkTarix: Bu gün, 10:20. Müəllif: admin2 |
Azərbaycanın innovasiya sahəsində fəaliyyət göstərən bir qrup nümayəndə heyəti İsraildə keçiriləcək Bələdiyyələr və İnnovasiya Sərgisində (MUNI EXPO) iştirak edəcək.Azia.az "Report"a istinadən xəbər verir ki, bu barədə İsrailin Azərbaycandakı səfirliyi məlumat yayıb. Bildirilib ki, Azərbaycan və Qazaxıstandan innovasiya sahəsində fəaliyyət göstərən 15 iştirakçıdan ibarət birgə nümayəndə heyəti bu həftə İsrailə səfər edir. Məqsəd iştirakçıları innovasiya, akademik mühit, sənaye, sahibkarlıq və texnologiya mərkəzləri, startaplar, kibertəhlükəsizlik, rəqəmsal transformasiya, innovasiya mərkəzləri, su texnologiyaları və digər qabaqcıl texnoloji sahələr üzrə İsrail ekosistemi ilə tanış etməkdir. Proqram çərçivəsində nümayəndə heyətinin dövlət, özəl sektor, akademik və innovasiya sahələrində fəaliyyət göstərən müvafiq israilli tərəfdaşlarla peşəkar görüşlər keçirməsi, eyni zamanda İsrail cəmiyyəti ilə yaxından tanış olması nəzərdə tutulur. Bundan əlavə, nümayəndə heyəti İsrail Xarici İşlər Nazirliyində keçiriləcək brifinqlərə qatılacaq, həmçinin ölkənin cənub bölgələrinə və Qəzza sərhədi icmalarına səfər edəcək. Məlumatda vurğulanıb ki, nümayəndə heyəti İsrail, Azərbaycan və Qazaxıstan arasında peşəkar dialoqu gücləndirmək üçün mühüm platforma olacaq və innovasiya, texnologiya, eləcə də tətbiqi həllər sahəsində gələcək əməkdaşlıq imkanları yaradacaq. Geri Qayıt |