Seninem.Az > Aktual > Rütbəli məmur vətəndaşın əmlakını uçurdur-İDDİA
Rütbəli məmur vətəndaşın əmlakını uçurdur-İDDİATarix: Bu gün, 17:46. Müəllif: admin2 |
Rütbəli məmur vətəndaşın əmlakını uçurdur-İDDİAAzia.az: Xırdalan şəhəri Heydər Əliyev prospekti döngə 4, Ev 23 ünvanında yaşayan Kərim Qurbanov redaksiyanın qaynar xəttinə müraciət edərək bildirib ki, yaşadığı ünvanda böyük təhlükə ilə üz-üzə qalıb. “Evimlə divar-divaivara hansısa iş adamı hündür mərtəbəli bina tikir. Onun apardığı bu tikinti ətraf yaşayış məntəqələrinə ciddi təhlükə yaradıb. Belə ki, 120 kvadrat metr sahəsi olan yaşadığım ev hər an uça bilər. Xatırladım ki, evim beş otaqdan ibarətdir. Evin sənədləri çıxarış alınması üçün aidiyyatı üzrə müvafiq orqana verilib. Bildirirəm ki, evimin qanuni sənədləri var. Tikintinin icraçısı Ruslan Zöhrabova dəfələrlə xəbərdarlıq eləsəm də, xahiş və tələblərimə məhəl qoyulmadı. Deyilənə görə, binanı tikən adam rütbəli məmurdur. Bunu dəqiq bilmirəm. Ailəlikcə çox acınacaqlı duruma düşmüşük. Ərazidə tikinti qaydalarının tələblərinə məhəl qoyulmur. Hətta, evimin bir hissəsində çatlar əmələ gəlib. Tikintinin digər tərəfində isə “Əsma Nur” uşaq bağçası yerləşir. Eşitdiyimə görə, hal-hazırtda onlar da şikayətçidir. Buna görə işlər dayandırılıb. Təəssüflər olsun ki, onlar işlərini tikintinin zirzəmisində davam elətdirirlər. Şikayətimizə baxan yoxdur, yeganə ümid yerimiz Prezidentimiz İlham Əliyevdir. Elə sizin media vasitəsi ilə Cənab Prezidentə müraciət edirəm. Xahiş edirəm bizi və əmlakımızı bu rütbəli məmurun caynağından xilas eləsin. Bizə çadır versin, gedək başqa yerdə yaşayaq. Hər an təhlükə ola bilər. Həyatımız təhlükədədir.”-deyə şikayətçi Kərim Qurbanov bildirdi. Qeyd edək ki, sözügedən ərazidə aparılan araşdırma nəticəsində şikayətçi özü birbaşa videomüraciətlə çıxıç edib. KİV haqqında qanunun tələblərinə uyğun olaraq qarşı tərəfin səslənən iddihamlara münasibətini öyrənməyə çalışdıq. Təəssüfrlər olsun ki, Ruslan Zöhrabov cavab olaraq çox kobud şəkildə bildirdi ki, gedin hara şikayət edirsiniz edin. Sonradan məlumat verildi ki, icraçı Ruslan Zöhrabov tikintinin yaxınlığında fəaliyyət göstərən “Sənan AVTO” avtomobil ehtiyyat hissələri dükanının sahibidir. Redaksiya olaraq məsələni diqqətdə saxlayıb, şikayəti tədbir görülməsi üçün, Fövqəladə Hallar Nazirliyinə, Abşeron rayon İcra Hakimiyyətinə, Əmlak Məsələləri üzrə Dövlət Xidmətinə və Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinə ünvanlayırıq. Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq. (Ardı var) Azia.az [media=http://] ![]() ![]()
Geri Qayıt |