Seninem.Az > Aktual / Kriminal > İrandan Azərbaycana keçməyə cəhd göstərən əcnəbilər saxlanılıb

İrandan Azərbaycana keçməyə cəhd göstərən əcnəbilər saxlanılıb


Tarix: Bu gün, 11:14. Müəllif: admin2
İrandan Azərbaycana keçməyə cəhd göstərən əcnəbilər saxlanılıbİrandan Azərbaycan istiqamətinə dövlət sərhədini pozmağa cəhd göstərən əcnəbilər saxlanılıb.

"Report" xəbər verir ki, bu barədə Dövlət Sərhəd Xidməti (DSX) məlumat yayıb.

Bildirilib ki, həmin şəxslər Əfqanıstan vətəndaşları - 1999-cu il təvəllüdlü Amini Del Aqa və 2003-cü il təvəllüdlü Rahimi Nazirgüldür.

Əməliyyat-qoşun tədbirləri DSX Sərhəd Qoşunlarının "Horadiz" sərhəd dəstəsinin xidməti ərazisində həyata keçirilib.

Fakt üzrə əməliyyаt-istintaq tədbirləri dаvаm еtdirilir.скачать dle 10.6фильмы бесплатно
Geri Qayıt