Seninem.Az > Aktual > Azərbaycanlı hacıların geri dönüş cədvəli açıqlanıb

Azərbaycanlı hacıların geri dönüş cədvəli açıqlanıb


Tarix: Dünən, 07:59. Müəllif: admin2
Azərbaycanlı hacıların geri dönüş cədvəli açıqlanıbHəcc ziyarətinin son mərhələsi çərçivəsində iyunun 3-ü, 4-ü və 6-da hər biri 360 nəfərdən ibarət zəvvar qrupları Məkkədən Mədinəyə yola düşəcək.

Ölkə.az xəbər verir ki, bu barədə Trend-ə açıqlamasında Qafqaz Müsəlmanları İdarəsi (QMİ) Xarici Əlaqələr şöbəsinin müdiri, Həcc elektron sistem rəhbəri Vüsal Cahangiri məlumat verib.

Onun sözlərinə görə, son qrup iyunun 6-da Məkkədən Mədinəyə hərəkət edəcək:

"Zəvvarlar Mədinədə üç gün qalacaqlar. Bu müddətdə onlar Peyğəmbərin (s.ə.s.) məscidini və müqəddəs məkanları ziyarət edəcək, həmçinin şəhər üzrə ekskursiyada iştirak edəcəklər. Sonrakı gün zəvvarlar üçün sərbəst vaxt nəzərdə tutulub.

İlk geri dönüş reysləri iyunun 6-da səhər və axşam saatlarında həyata keçiriləcək. İyunun 7-si və 9-da isə zəvvarlar səhər və axşam reysləri ilə ziyarətlərini başa vuraraq Azərbaycana qayıdacaqlar", - o, qeyd edib.скачать dle 10.6фильмы бесплатно
Geri Qayıt