Seninem.Az > Aktual > Sertifikatlaşdırma imtahanlarının nəticələrində texniki xəta AŞKARLANDI
Sertifikatlaşdırma imtahanlarının nəticələrində texniki xəta AŞKARLANDITarix: 23-05-2026, 08:11. Müəllif: admin2 |
Naxçıvanda 2, 3, 10 və 11 may tarixlərində keçirilən təhsilverənlərin sertifikatlaşdırılması prosesinin ikinci dövriyyəsi üzrə test imtahanı mərhələsinin nəticələri müəllimlərin şəxsi kabinetlərinə göndərilib.Naxçıvan MR Təhsil Nazirliyindən Redaktor.az-a bildirilib ki, 11 may tarixində keçirilən Gənclərin Çağırışaqədərki Hərbi Rəhbər vəzifəsi üzrə test imtahanında nəticələrin hesablanması zamanı proqram təminatında 4 sual üzrə texniki xəta qeydə alınıb. Belə ki, həmin sualların qiymətləndirilməsi zamanı 1 bal əvəzinə səhvən 2 bal hesablanıb və bu səbəbdən bəzi nəticələrdə fərqlər yaranıb. Bununla bağlı müraciətlərinizi portal.edu.az platformasının “Sertifikatlaşdırma” bölməsi vasitəsilə, eyni zamanda Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyinə yaxınlaşaraq edə bilərsiniz. Geri Qayıt |