Seninem.Az > Aktual > Onkoloji xəstələrin müalicəsinə ayrılan vəsait ARTIRILACAQ

Onkoloji xəstələrin müalicəsinə ayrılan vəsait ARTIRILACAQ


Tarix: 14-11-2025, 19:24. Müəllif: admin2
Onkoloji xəstələrin müalicəsinə ayrılan vəsait ARTIRILACAQGələn ilin büdcəsindən onkoloji xəstəliyə tutulmuş şəxslərin müalicəsinin və reabilitasiyasının həyata keçirilməsi, dərman preparatlarına olan tələbatın ödənilməsi və bu sahənin maddi-texniki bazasının gücləndirilməsi məqsədilə Milli Onkologiya Mərkəzinə 64,1 milyon manat vəsaitin ayrılması proqnozlaşdırılır.

Demokrat.az xəbər verir ki, bu, 2026-cı ilin büdcə zərfinin layihəsində öz əksini tapıb.

Həmçinin, bu məqsədlə Azərbaycan Tibb Universitetinin Onkoloji Klinikası üçün 1,5 milyon manat olmaqla, cəmi 65,6 milyon manat vəsait yönəldiləcəkdir. Bu, 2025-ci illə müqayisədə 5,2 milyon manat və ya 8,6 faiz çoxdur.

Qeyd edək ki, onkoloji xəstələrə xidmətlə bağlı, müalicənin keyfiyyətinin, xidmətlərin təkmilləşdirilməsi ilə bağlı 2025-ci ilin dövlət büdcəsindən 60,4 milyon manat vəsait ayrılıb.скачать dle 10.6фильмы бесплатно
Geri Qayıt