Seninem.Az > Aktual > Ala bilmədiyi maşını yandıran baş leytenant saxlanıldı
Ala bilmədiyi maşını yandıran baş leytenant saxlanıldıTarix: 14-05-2025, 07:53. Müəllif: admin2 |
Bir nəfərin avtomobil yandırması barədə sosial mediada paylaşılan görüntülər polis əməkdaşları tərəfindən araşdırılıb və hadisənin mayın 11-də Xəzər rayonu ərazisində baş verdiyi məlum olub.![]() Bu barədə DİN-in Mətbuat Xidmətinin əməkdaşı polis leytenantı Elbrus İbrahimov bildirib. O qeyd edib ki, əməli törətməkdə şübhəli bilinən M.Əfəndiyev müəyyən olunaraq saxlanılıb: "Araşdırmalarla onun 1 il əvvəl aldığı “Fiat Doblo” markalı avtomobilin sahibinə borclu qaldığı 1000 manatı qaytara bilmədiyinə görə nəqliyyat vasitəsini qəsdən yandırması müəyyən edilib. Faktla bağlı Xəzər RPİ 1-ci Polis Şöbəsində araşdırmalar davam etdirilir". Qeyd edək ki, Murad Əfəndiyev ehtiyatda olan baş leytenantdır. Geri Qayıt |