Seninem.Az > Aktual / Gündəm > Həmişə gömrükdən keçərkən qırmızı zolaqdan istifadə edib bəyannamə etmişəm ki, məni ilişdirməsinlər -ƏLƏSGƏR MƏMMƏDLİ

Həmişə gömrükdən keçərkən qırmızı zolaqdan istifadə edib bəyannamə etmişəm ki, məni ilişdirməsinlər -ƏLƏSGƏR MƏMMƏDLİ


Tarix: 6-05-2025, 08:21. Müəllif: admin2
Mayın 5-də “Toplum TV işi” üzrə növbəti məhkəmə prosesi keçirilib.
Həmişə gömrükdən keçərkən qırmızı zolaqdan istifadə edib bəyannamə etmişəm ki, məni ilişdirməsinlər -ƏLƏSGƏR MƏMMƏDLİ
Gununsesi.info xəbər verir ki, “Toplum TV”-nin həmtəsisçisi, media hüquqları üzrə ekspert Ələsgər Məmmədlinin vəkili Fəxrəddin Mehdiyev onun səhhəti ilə bağlı həbs qətimkan tədbirinin dəyişdirilməsinə dair vəsatətlə çıxış edib.
Vəkil qeyd edib ki, siyasi motivli işlərdə bütün təqsirləndirilən şəxslər barəsində həbs qətimkan tədbiri seçilir, lakin burada həmin şəxsin sağlamlığı, ailə vəziyyəti və prosessual əsaslara diqqət edilməlidir.

Məhkəmədə çıxış edən Ələsgər Məmmədli qeyd edib ki, axtarış zamanı evindən 30 illik arxivi, uşaqlarının doğum anından ad günlərinə qədər olan disklər götürülüb: ”Bunların cinayət işinə nə aidiyyəti var? Həmçinin, avtomobilimə də həbs qoyulub, avtomobil təkcə mənə məxsus deyil, ailəmin də mülkiyyətindədir”.

Heç bir cinayət törətmədiyini qeyd edən Ələsgər Məmmədli “Mənim Xiyabani küçəsində yaşadığım ev gömrük keçid məntəqəsi deyil ki, qaçaqmalçılıqda ittiham olunum. Mən həmişə gömrükdən keçərkən qırmızı zolaqdan istifadə edib bəyannamə etmişəm ki, məni ilişdirməsinlər. Fakt olmadan 14 aydır həbsdəyəm” deyə qeyd edib.

Afətскачать dle 10.6фильмы бесплатно
Geri Qayıt