Seninem.Az > Aktual / Siyasət / Gündəm / Şou-Biznes > Sahil qəsəbəsində 1 milyon manatlıq obyekti kim tikdirir?-Video-Fotofakt

Sahil qəsəbəsində 1 milyon manatlıq obyekti kim tikdirir?-Video-Fotofakt


Tarix: 22-04-2025, 09:52. Müəllif: admin2
Paytaxtan kənardada Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin rəsmi icazəsi olmadan aparılan qanunsuz tikinti işlərinin sayı artmaqdadır.
Sahil qəsəbəsində 1 milyon manatlıq obyekti kim tikdirir?-Video-Fotofakt
media-14
İddialara görə Qaradağ rayonunda yaşıllıq məhv edilib, qanusuz tikinti aparılır.

Görüntülərdən məlum olur ki, belə qanunsuz tikintilərdən biri də Qaradağ rayonu Sahil qəsəbəsi Məhərrəm Seyidov küçəsində aparılır.

Belə ki, Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin rəsmi saytında Qaradağ rayonu Sahil qəsəbəsi Məhərrəm Seyidov küçəsində inşa edilən 2 mərtəbəli bina ilə bağlı hərhansı bir məlumata rast gəlmədik.

Məlumdur ki, icazəsiz obyektlərin tikintisi rayon icra hakimiyyəti ilə "razılaşma” əsasında aparılır.

Qeyd edək ki, son vaxtlar qanunsuz tikintilər aparılması, yaşıllğın məhv edilməsi, və piyada səkillərin zəbt olunması ilə bağlı sosial paltformalarda və mətbuatda mütamadi xəbərlər yayımlanır.
media-suley
Qeyd edək ki, 2010-cu ildən Qaradağ rayon icra hakimiyyətinin başçısı Süleyman Mikayılovdur.
Sahil qəsəbəsində 1 milyon manatlıq obyekti kim tikdirir?-Video-Fotofakt

Məsələ ilə bağlı Qaradağ rayon icra hakimiyyəti ilə əlaqə saxlasaqda heç bir açıqlama almaq mümkün olmadı .

Həmçinin Dövlət Şəhərsalma və Arxitektura Komitəsidəndə bu məsələyə münasibət bildirilmədi.

Aidiyyatı qurumların mövqeyini dərc etməyə hazırıq.





media-11

media-12

media-14

скачать dle 10.6фильмы бесплатно
Geri Qayıt