Seninem.Az > Aktual > İlham Əliyev onları nazir müavini təyin etdi
İlham Əliyev onları nazir müavini təyin etdiTarix: 17-04-2025, 17:45. Müəllif: admin2 |
Prezident İlham Əliyevin sərəncamları ilə Anar Məhərrəm oğlu Bayramov və Rəşad Əzizağa oğlu Mustafayev əmək və əhalinin sosial müdafiəsi nazirinin müavinləri təyin ediliblər.![]() KONKRET.az xəbər verir ki, bu barədə nazirlik məlumat yayıb. Bildirilib ki, Anar Bayramov hazırkı vəzifəsinə qədər Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin İdarə Heyətinin sədri olub. Rəşad Mustafayev isə 2000-2001-ci illərdə Dövlət Əmlakı Nazirliyinin Hüquq şöbəsində aparıcı məsləhətçi, 2001-2015-ci illərdə İqtisadiyyat Nazirliyinin Hüquq şöbəsində aparıcı məsləhətçi, baş məsləhətçi, sektor müdiri, müdir müavini, 2015-2023-cü illərdə “Cənub Qaz Dəhlizi” QSC-nin Baş direktorunun müavini, 2023-cü ildən hazırkı vəzifəsinə qədər “Ekol Mühəndislik Xidmətləri” QSC-nin Baş direktoru olub. Geri Qayıt |