Seninem.Az > Aktual > Əvəz Zeynallıya xərçəng diaqnozu qoyuldu
Əvəz Zeynallıya xərçəng diaqnozu qoyulduTarix: 13-04-2025, 17:36. Müəllif: admin2 |
|
"Xural” internet televiziyasının həbsdə olan rəhbəri Əvəz Zeynallının həyat yoldaşı Məlahət Zeynallı bildirib ki, ərinə xərçəng diaqnozu qoyulub. O, bu barədə Facebook sosial şəbəkəsində məlumat yayıb. ![]() Məlahət Zeynallının sözlərinə görə, "Xural” internet televiziyasının həbsdə olan rəhbərini Ədliyyə Nazirliyinin Baş Tibb İdarəsinin Müalicə Müəssisəsinə göndərdilər: "Təxminən 1 ay əvvəl Onkologiya Mərkəzinə aparıb, "biopsi” götürdülər. 10 gün əvvəl nəticəni Əvəz bəyə açıqlayıblar”. O bilidirir ki, bağırsağında olan bədxassəli şiş artıq "mütastaz” verib, xərçəng qara ciyərinə yayılıb: "Bu günlərdə "ximiya”ya başlayacaqlar”. APA tərəfindən bu məsələ ilə bağlı Penitensiar xidmətə sorğu göndərilib. Geri Qayıt |